AZ

Qazaxda kiçik toy məclisinin gecəsi qanla bitibVİDEO

Qonaq çağırıb övladına kiçik toy məclisi keçirib, xoş-əhval oldular... Gecə saatlarında  isə çağrılmayan qonaq  ağlamlığından evlərinə daxil olub, özlərinə xəsarət yetdirib, toyda yığılan nəməri aparmaq istədi...

Xezerxeber.az xəbər verir ki, Allahverdiyevlər ailəsinin başına gələn  qarət Qazax rayonunun Qazaxbəyli kəndində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs  əvvəlcə evin xanımı 40 yaşlı Kəmalə Allahverdiyeva, daha sonra ev sahibi 46 yaşlı Emin Allahverdiyevə xəsarətlər yetirib. Onlar  xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Qazax rayonun Orta Salahlı kənd sakini 64 yaşlı Ələddin Nazarovdur. 

Ev sahibinin valideynləri iddia edir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs gəlininin atası evi ilə qonşuluqda yaşayır. Eminin atası Yusif Allahverdiyevlə idarələrdən birində bir yerdə çalışıblar. Hadisəni də məhz əvvəlcədən planlaşdıraraq həyata keçirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
1
xezerxeber.az

2Mənbələr