AZ

İyun İqlim Görüşləri çərçivəsində Azərbaycan QHT-lərinin pavilyonu qurulub

Bonn, 17 iyun, AZƏRTAC

Almaniyada keçirilən İyun İqlim Görüşləri çərçivəsində təşkil olunan Bonn İqlim düşərgəsində "Yaşıl Dünya: Təbiət və Mədəniyyət" pavilyonu Azərbaycan QHT-lərinin Qlobal Cənuba dəstəyi olaraq qurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri Nadimə Rəhimli deyib.

O bildirib ki, bir neçə ay bundan əvvəl 116 ölkənin nümayəndələri ilə Azərbaycanın təşəbbüsü əsasında ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılıb. Azərbaycan hazırda bu platformaya başçılıq edir. Növbəti ildəki seçkilərə də Azərbaycan rəhbərlik edəcək. “Biz burada Qlobal Cənuba dəstək olaraq platformaya daxil olan ölkələrin nümayəndələrini qonaq edirik. Onlar İyun İqlim Görüşlərində BMT-nin tədbirlərində iştirak edə və müəyyən səbəblərdən qeydiyyaydan keçə bilməyən şəxslərdir. Bu tədbirdə Azərbaycanda COP29-un keçirilməsi səviyyəsi nümunə olaraq göstərilir. Amma burada bəzən bu məsələlər tam həll olunmadığı, viza məsələləri aradan qaldırılmadığı üçün insanlar BMT-nin tədbirlərində iştirak edə bilmirlər. Ona görə də burada müəyyən tədbirlər keçirirlər, hətta burada qalırlar, gecəliyirlər. Biz onlara dəstək olmaq üçün buradayıq. Bu günlərdə bizim BMT-də, həmçinin də burada tədbirimiz olacaq. Qonaqlar bizim pavilyonda bir neçə hissədən ibarət eko çantalar hazırlaya bilərlər. Eyni zamanda, burada COP29-un güşəsini yaratmışıq. Bilirsiniz ki, COP30 Brazilyada keçiriləcək, amma hazırda prezidentlik bizlədir. Buraya gələnlər COP29-la bağlı xoş fikirlər bildirirlər. Burada “Tullantıdan incəsənətə doğru” adlı sərgi də təşkil etmişik”, - deyə N. Rəhimli diqqətə çatdırıb.

Seçilən
9
azertag.az

1Mənbələr