AZ

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

"Report" xəbər verir ki, Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Seçilən
8
11
demokrat.az

10Mənbələr