AZ

Oğlunu küçə söyüşləri ilə təhqir etdi, sonu qanla bitdiVİDEO

Ata ilə oğulun mübahisəsi qanla bitib.

Xezerxeber.az xəbər verir ki, hadisə İsmayıllının Talıstan kəndində qeydə alınıb.

Kənd sakini 57 yaşlı Bəhlul   Əzizov bıçaq xəsarətləri ilə xəstəxanaya yerlədirilib. Həkimlər onu təcili əməliyyat ediblər.

Kişini bıçaqlamaqda oğlu şübhəli bilinir. Məlumata görə, Bəhlul Əzizov çox vaxt spirtli içki içərək küçədə nalayiq hərəkətlər edir, kənd sakinlərini təhqir edirmiş. Sakinlər bu barədə onun oğluna  məlumat versələr də, Bəhlul  Əzizov hərəkətlərinə son qoymayıb. İddiaya görə, dünən axşam saatlarında Bəhlul Əzizov yenə içkili vəziyyətdə kənd sakinləri ilə yersiz mübahisə edib.

Oğlu 31 yaşlı Kənan Əzizov hadisə yerinə gələrək atasını evə aparmaq istəyib. Həmin vaxt ata oğlunu da küçə söyüşləri ilə təhqir edib. Kənan Əzizov bıçaqla atasına xəsarət yetirib.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kənan Əzizov saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr