Ölkədə 296 mindən çox insan əsəb və hissiyat xəstəliklərindən əziyyət çəkir.
Dövlət Statsitika Komitəsinin məlumatına əsasən, bunun 124 min 391 nəfəri Bakıda qeydiyyata alınıb. Bölgələrdə də vəziyyət ürəkaçan deyil. Bu xəstəliklərdən əziyyət çəkənlər ən çox Qazax-Tovuzda olmaqla 36 min 228 nəfər, Şəmkir rayonunda isə 21 min 329 nəfərdir.
Bəs vətəndaşlarda bu xəstəliklərin yaranmasının səbəbləri nələrdir?
Bu sualı paytaxtda sözügedən xəstəliyin ən çox qeydə alındığı Suraxanı sakinlərinə ünvanladıq.
Qeyd edək ki, ən aşağı göstərici 127 nəfərlə Pirallahı rayonunda qeydə alınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.