AZ

Azərbaycan və Türkiyəqardaşlığının bariz nümunəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən  İkinci Qarabağ müharibəsi otuzillik işğala son qoydu. Azərbaycan tarixi, əzəli torpaqlarını düşmən tapdağından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə əldə edilmiş  şanlı zəfər tarixinə qızıl hərflərlə yazıldı.

2021-ci il iyunun 15-də Şuşa şəhərində  Azərbaycan və Türkiyə  arasında  müttəfiqlik münasibətləri haqqında Bəyənnamə  imzalandı. Bu tarixi  Bəyannamənin   Milli Qurtuluş Günündə, həmçinin Şuşada imzalanmasının böyük rəmzi mənası vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın əyləşdikləri yerin arxa fonunda ermənilər tərəfindən dağıdılmış, viranə qoyulmuş bina görünürdü. Bütün dünyanın gözü imzalanacaq olduqca mühüm Bəyannamədə olduğu halda Dövlət başçılarının arxalarında görünən fon erməni vandalizmini, vəhşiliyini  bir daha beynəlxalq aləmə nümayiş etdirirdi.

 Bəyannaməni imzalamaqla Azərbaycan  və Türkiyə düşmənə eləcə də, onların havadarlarına ciddi mesaj vermis oldu. Həmçinin Bəyannamə müstəqilliyimizin  daimiliyini, sarsılmazlığını  möhkəmləndirdi .

Bəyannamədə yer alan əsas məqamlardan biri Azərbaycan Respublikası və Türkiyə Respublikasının  müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər yer alıb. Qeyd edilir ki, iki qardaş ölkə  ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcək.

Eyni zamanda Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulanıb.

Türkiyə və Azərbaycan münasibətləri  bu gün iki qardaş ölkənin  Prezidentləri  Rəcəb Tayyib Ərdoğan və  İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədədir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamə iki qardaş, dost ölkə arasındakı isti münasibətlərin pik nöqtəsidir. Dövlət başçımızın söylədiyi kimi Şuşa Bəyannaməsi ilə Türkiyə - Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxdı.

2022-ci ildə “Qafqaz və region üçün sülh və sabitlik”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, həmçinin 2024-cü ildə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda Bəyannamənin ildönümündə keçirilən  beynəlxalq konfranslar bu sənədin yalnız hüquqi deyil, həm də siyasi simvolik rəmzə çevrildiyini göstərir.

Sahib Şükürov,

 YAP Göyçay rayon təşkilatının sədri

Seçilən
30
1
yeniazerbaycan.com

2Mənbələr