AZ

ABŞ Yaxın Şərqə döyüş təyyarələri göndərir

Pentaqon İsrail və İran arasında zərbə mübadiləsinə görə Yaxın Şərqə əlavə qırıcı təyyarələr yerləşdirir.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu, xüsusilə F-16, F-22 və F-35 təyyarələrinə aiddir. Mənbələr yerləşdirmənin müdafiə məqsədilə həyata keçirildiyini qeyd edib.

Pentaqon hələlik məlumatlara cavab verməyib.

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 15-də “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ İranın yəhudi dövlətinə qarşı cavab zərbələrini dəf etmək üçün İsrail qüvvələrinə kömək edir.

Seçilən
7
50
unikal.az

10Mənbələr