AZ

Azərbaycanda plastik əməliyyatdan daha bir ÖLÜMVİDEO

Bakıda, özəl klinikaların birində, qadın, liposaksiya və abdominaplastika əməliyyatından sonra ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisənin " Mərcan" klinikasında baş verdiyi iddia olunur.

Ailəsinin bildirdiyinə görə, 37 Arzu Sadıqova keysəriyyə əməliyyatından sonrakı çapıqların itirilməsi üçün klinikaya müraciət edib. Pasientə keysəriyyə çapığının itirlməsi ilə yanaşı liposaksiya və abdominaplastika əmaliyyatı icra olunub.

İyunun 11-də Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən edilən əməliyyatından sonra ölüb. Vəfat edən pasientin ailəsi Arzu Sadıqovanın ölümündə həkimi günahlandırır.

Mərhumun anası iddia edir ki, övladının liposaksiya əməliyyatı etdirmək niyyəti olmayıb, Arzu Sadıqovanı əməliyyata cərrah Nigar Məmmədova təhrik edib. Mərhumun anası onu da iddia edir ki, cərrah Nigar Məmmədova Arzu Sadıqovanı əməliyyata hazırlıqsız götürüb.

Arzu Sadıqovanın dayısı Əlirza Əliyev deyir ki, əslən Lənkəranın Xolmili kəndindən olan ailə Azərbaycana tətilə gəlibmiş. İki azyaşlı övladı olan Arzu Sadıqova Rusiya vətəndaşıdır.

Baş verən hadisə ilə bağlı həkim Nigar Məmmədova isə “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr