Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BöyükBritaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrədövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindənbildirilib.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri,İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət,habelə Azərbaycan və Ermənistan arasında sülh prosesininperspektivləri müzakirə olunub.
Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbrikləriniçatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınmilli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiştəbriklərə görə təşəkkür edib. O həmçinin Əhmədabad şəhəriyaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsininqəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlakolması ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindəngöndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərinibildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkküredib və başsağlığı diləklərini çatdırıb.
Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmıştəhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarınıbildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqməqsədilə diplomatik yollarla təmasların və danışıqların davametdirilməsinin vacib olduğunu vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparıblar.