İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızın çox hissəsi sudan ibarət olsa da, yüksək glisemik indeksə malik olduğu üçün qan şəkərini sürətlə artıra bilir. Bu, uzunmüddətli toxluq əvəzinə ani aclığa səbəb ola bilər.
Məhz bu səbəbdən qarpıza pendir yerinə əlavə edəcəyiniz qozun hansı təsirlər verdiyini görün.

Qarpız yüksək glisemik indeksə malik olduğundan, tək başına yeyildikdə qan şəkərini sürətlə artıra bilər. Bu, qısa müddətdə yenidən aclıq hissi yarada və balanssız qidalanmaya səbəb ola bilər.
Ancaq bu anda qoz qarpızın tamamlayıcısına çevrilir. Dietoloqların fikrincə, qoz tərkibindəki sağlam yağlar, protein və lif sayəsində qarpızın glisemik təsirini tarazlaşdırır.

Qarpızla yeyildikdə:
Qan şəkəri daha yavaş yüksəlir,
Toxluq müddəti uzanır,
Enerji daha balanslı şəkildə ifraz olunur.
Mütəxəssislər xüsusilə yeməklər arasında 3-4 qozun qarpızla birlikdə yeyilməsinin şəkərə olan həvəsin qarşısını ala biləcəyini bildirirlər.
Aygün
Medicina.az