“Sabah”da növbəti ayrılıq baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi mövsümün sonunda müqavilə müddəti başa çatan Con İrasabal ilə yollarını ayırıb.
O, 2022-ci ildən “Sabah”da çıxış edirdi.
Qeyd edək ki, Con İrasabal “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb.
Xatırladaq ki, daha öncə Masazır klubu futbolçusu Şakir Seyidov və baş məşqçisi Vasili Berezutski ilə də yollarını ayırıb.