AZ

Prezident Fərman İmzaladı: Aviasiya haqqında....

Ajans.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 86 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 4-cü hissəsinin on üçüncü abzasında “hərbi” sözü “dövlət” sözü ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 412 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 14-cü hissəsinin ikinci abzasında “təyyarələrə, gəmilərin” sözləri “hava gəmilərinə, dəniz gəmilərinin” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 511) ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma Qaydaları”nın 2.3.6-cı yarımbəndində “vertolyot” sözü “helikopter” sözü ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 21 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə”nin 13-cü hissəsində “təyyarələrə və vertolyotlara, gəmilərin” sözləri “hava gəmilərinə, dəniz gəmilərinin” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 536 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci hissə üzrə: 5.1.1. 2.4-cü və 2.5-ci bəndlərdə “Təyyarə” sözü “Hava gəmisinin” sözləri ilə əvəz edilsin; 5.1.2. 2.34-cü bəndin üçüncü cümləsində “təyyarə” sözü “hava gəmisi” sözləri ilə əvəz edilsin; 5.1.3. 2.37-ci bənddə “təyyarənin” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin; 5.2. 3-cü hissə üzrə: 5.2.1. 3.3-cü bənddə “təyyarənin” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin; 5.2.2. 3.17-ci bənddə “təyyarə” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 13 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 6.1. 58-ci bəndin ikinci abzasına “ekipaj komandirinin” sözlərindən sonra “(hava gəmisi kapitanının (komanda verən pilotun)” sözləri əlavə edilsin; 6.2. 59-cu bəndin birinci abzasına “ekipaj komandiri” sözlərindən sonra “(hava gəmisinin kapitanı (komanda verən pilot)” sözləri əlavə edilsin. 7. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798 (Cild I); 2024, № 8, maddə 950) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsində “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar” sütununda “Məsafədən idarə edilən pilotsuz uçan aparatlar” sözləri “Mülki pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla)” sözləri ilə əvəz olunsun və həmin hissənin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununa birinci halda “Azərbaycan” sözündən əvvəl “Dövlət Mülki Aviasiya Agentliyi qismində” sözləri əlavə edilsin. 8. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326 (Cild I); 2024, № 2, maddə 155, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununun 12-ci hissəsinə “Azərbaycan” sözündən əvvəl “Dövlət Mülki Aviasiya Agentliyi qismində” sözləri əlavə edilsin. 9. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 771 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 13-cü hissəsində “təyyarələrə və vertolyotlara, gəmilərin” sözləri “hava gəmilərinə, dəniz gəmilərinin” sözləri ilə əvəz edilsin. 10. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 10.1. preambulada “təhlükəsizliyi üzrə” sözləri “təhlükəsizliyinə dair” sözləri ilə əvəz edilsin; 10.2. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” üzrə: 10.2.1. 1.1-ci və 1.2-ci bəndlərdə “təhlükəsizliyi üzrə” sözləri “təhlükəsizliyinə dair” sözləri ilə əvəz edilsin; 10.2.2. 2.1.1-ci yarımbənddə “təhlükəsizliyinin təmin edilməsi üzrə” sözləri “təhlükəsizliyinə dair” sözləri ilə əvəz edilsin; 10.2.3. 3.1.3-cü yarımbənddə “aeroportun” sözü “hava limanının” sözləri ilə, “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin. 11. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 11.1. 3.0.18-ci yarımbəndə “barədə” sözündən sonra “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilsin; 11.2. 3.0.22-ci yarımbənddə “icazələr” sözü “tabeliyindəki qurum vasitəsilə icazə” sözləri ilə əvəz edilsin; 11.3. 3.0.23-cü yarımbənddə “, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərini” sözləri “xidmətləri” sözü ilə əvəz edilsin; 11.4. 3.0.24-cü yarımbəndə “əlaqədar” sözündən sonra “, Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin; 11.5. 3.0.26-cı yarımbənddə “aviasiya mütəxəssislərinin” sözləri “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsi nəzərə alınmaqla, aviasiya personalının” sözləri ilə əvəz edilsin. 12. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292 (Cild I); 2025, № 3, maddələr 222, 224) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin: 12.1. “Giriş” hissəsi üzrə: 12.1.1. altıncı abzas aşağıdakı redaksiyada verilsin: “Dövlət Proqramında aviasiya təhlükəsizliyi dedikdə insanlardan və maddi resurslardan istifadə etməklə mülki aviasiya sahəsində hava limanlarının, hava gəmilərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsi, hava gəmisi heyətinin, aviasiya personalının və sərnişinlərin həyat və sağlamlığının qorunması, əl yüklərinin, baqajın, poçtun, digər yüklərin və hava gəmilərindəki bort ehtiyatlarının yoxlanılması, hava gəmilərini zəbt etmək və qaçırmaq cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin və risk faktorlarının müəyyən edilməsi yolu ilə insanlara və əmlaka zərər vurulması riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən, habelə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin olunmasına xidmət edən aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksi nəzərdə tutulur.”; 12.1.2. aşağıdakı məzmunda doqquzuncu və onuncu abzaslar əlavə edilsin: “Dövlət Proqramının yerinə yetirilməsinin təmin edilməsinə cavabdeh orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyidir (bundan sonra – Aviasiya Agentliyi). Aviasiya Agentliyi onun səlahiyyətləri və yerinə yetirdiyi vəzifələri barədə ICAO-ya məlumat verir.”; 12.2. 1-ci hissə üzrə: 12.2.1. 1.1.3-cü yarımbənddə “ekipaj üzvlərinin” sözləri “hava gəmisi heyətinin” sözləri ilə əvəz edilsin; 12.2.2. 1.2.1-ci yarımbənddə “ekipaj üzvlərinin” sözləri “hava gəmisi heyətinin” sözləri ilə, “aeroportların (hava limanlarının)” sözləri “hava limanlarının” sözləri ilə əvəz edilsin; 12.2.3. 1.2.6-cı yarımbənddə “ekipaj üzvlərinin” sözləri “heyətinin” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “müəssisələri” sözü çıxarılsın; 12.3. 3.2.2-ci yarımbənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Aviasiya Agentliyi)” sözləri “Aviasiya Agentliyinə” sözləri ilə əvəz edilsin; 12.4. 4-cü hissə üzrə: 12.4.1. 4.1-ci bənddə “əlaqəsi” sözü “mübadiləsi” sözü ilə əvəz edilsin; 12.4.2. 4.1.1-ci yarımbənddə “analitik məlumatların” sözləri “konfidensial informasiyanın” sözləri ilə əvəz edilsin; 12.4.3. 4.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “4.1.2. aviasiya təhlükəsizliyi üzrə konfidensial informasiyanın təhlili, mübadiləsi, əlaqələndirilməsi və istifadəsi üzrə nəzarətə cavabdeh qurum Aviasiya Agentliyidir;”; 12.4.4. aşağıdakı məzmunda 4.1.3–4.1.7-ci yarımbəndlər əlavə edilsin: “4.1.3. aviasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti barədə məlumatlılığın təmin edilməsi, Dövlət Proqramının və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın tələblərinin yerinə yetirilməsi, mülki aviasiyanın təhlükəsizliyinə təhdidlərin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi, təhlükəsizlik sistemindəki zəifliyin, boşluğun və təhdid nəticəsində yarana biləcək fəsadların aradan qaldırılması məqsədilə Dövlət Proqramı, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın müvafiq hissələri, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə digər konfidensial informasiya aviasiya subyektlərinə, həmçinin hava limanlarında təmsil olunan dövlət qurumlarına çatdırılır; 4.1.4. aviasiya təhlükəsizliyi üzrə konfidensial informasiyanın mübadiləsi, təhlükəsizliyinin təmini və metodları dövlətlər arasında imzalanmış yazılı sazişlər əsasında müəyyənləşdirilir; 4.1.5. konfidensial informasiya mübadiləsi həyata keçirilməzdən əvvəl aviasiya təhlükəsizliyi üzrə informasiya konfidensial informasiya kimi qiymətləndirilir, identifikasiya edilir və onun təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməsi tələb edilir; 4.1.6. aviasiya təhlükəsizliyi üzrə konfidensial informasiyanı qəbul edən tərəf onun təhlükəsizliyinin qorunması və yayılmasının qarşısının alınması üçün tədbirlər həyata keçirir; 4.1.7. xarici dövlətlər tərəfindən təqdim olunan və ya xarici dövlətlərin maraqlarına toxunan aviasiya təhlükəsizliyi üzrə konfidensial informasiyanın mühafizəsi təmin edilir.”; 12.4.5. 4.2.5-ci yarımbəndin 9-cu abzasında “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin; 12.4.6. 4.2.6 – 4.2.10-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin: “4.2.6. Aviasiya Agentliyi Dövlət Proqramının, aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət və aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə milli proqramların işlənib hazırlanmasında xarici dövlətlərlə əməkdaşlıq edir, bu sahələr üzrə məlumat mübadiləsini təmin edir və xarici dövlətlərin müraciəti əsasında qeyd edilən proqramların müvafiq hissələrini həmin dövlətlərə təqdim edir; 4.2.7. Aviasiya Agentliyində Dövlət Proqramının 4.2.6-cı yarımbəndində qeyd edilən sahələr üzrə məlumat mübadiləsinin təmini məqsədilə məsləhətləşmələr aparılır, aviasiya təhlükəsizliyi üzrə məsul şəxslərin adları, ünvanları, telefon, teleks və faks nömrələri, avtomatik fiksasiyalı teleqraf rabitəsinin (AFTN) ünvanı göstərilməklə, tərəflər arasında əlaqə yaratma qaydası və məlumatların çatdırılması üsulları müəyyən edilir; 4.2.8. Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmini sahəsində keçirilmiş yoxlamaların nəticələri barədə konfidensial məlumatların rəsmi müraciətlər əsasında digər dövlətlərə təqdim edilib-edilməməsi barədə qərarın qəbulu məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) ilə və Nazirliklə məsləhətləşmələr aparır və yalnız qeyd edilən qurumların razılığından sonra məlumat mübadiləsini təmin edir; 4.2.9. Dövlət Proqramının 4.2.8-ci yarımbəndində qeyd edilən konfidensial informasiyanın diplomatik kanallarla xarici dövlətlərə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edilir; 4.2.10. Aviasiya Agentliyi xarici dövlətlərin konkret reyslərinin və ya hava gəmisinin istismarçılarının təhlükəsizliyinin təmini məqsədilə konfidensial informasiya təşkil edən əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə müraciətlərini qəbul edir, DTX-nin və Nazirliyin rəyi və hava limanlarının faktiki imkanları nəzərə alınmaqla qərar qəbul edir və həmin müraciətlərin təmin olunması üçün “Azərbaycan Hava Yolları” QSC-yə və hava limanlarının rəhbərlərinə göstəriş verir;”; 12.4.7. aşağıdakı məzmunda 4.2.11-ci və 4.2.12-ci yarımbəndlər əlavə edilsin: “4.2.11. xarici dövlətlərin hava limanlarına və ya konkret reyslərinə münasibətdə qanunsuz müdaxilə aktının başvermə təhdidi barədə konfidensial informasiya alındıqda, Aviasiya Agentliyi tərəfindən DTX ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə ən qısa zamanda həmin dövlətin səlahiyyətli orqanına və hava gəmisinin istismarçısına məlumat verilir. Həmin dövlətə məlumatın bilavasitə ötürülməsi mümkün olmadıqda, məlumat üçüncü dövlətə və ya ICAO-ya müraciət etməklə çatdırılır; 4.2.12. Aviasiya Agentliyi milli daşıyıcıların konkret reyslərinin təhlükəsizliyinin təmini məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə xarici dövlətlərə müraciət etməzdən əvvəl DTX və Nazirliklə müvafiq məsləhətləşmələr aparır və həmin dövlət tərəfindən müraciətdə qeyd olunan əlavə təhlükəsizlik tədbirlərinin alternativ variantlarının tətbiqi imkanlarını nəzərdən keçirir.”; 12.5. 5-ci hissə üzrə: 12.5.1. 5.2-ci bənddə “Aeroport” sözü “Hava limanı” sözləri ilə, “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin; 12.5.2. 5.4-cü bənddə “Aeroport” sözü “Hava limanının” sözləri ilə əvəz edilsin; 12.6. 6-cı hissə üzrə: 12.6.1. 6.0.1-ci yarımbənddə “adekvat” sözü “uyğun” sözü ilə əvəz edilsin; 12.6.2. 6.0.8-ci yarımbənddə “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin; 12.7. 7.0.9-cu yarımbənddə “ekipaj üzvlərinin” sözləri “hava gəmisi heyətinin” sözləri ilə, “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin. 13. “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 3, maddə 224) aşağıdakı dəyişikliklər edilsin: 13.1. həmin Fərmanla təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası” üzrə: 13.1.1. 2-ci hissə üzrə: 13.1.1.1. 2.1.2-ci yarımbənddə “hava gəmilərinin və aviasiya məmulatının fiziki xassələrinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, habelə aviasiya personalına dair tətbiqini” sözləri “mülki aviasiya sahəsində” sözləri ilə əvəz edilsin; 13.1.1.2. 2.1.3-cü yarımbənddə “hava gəmilərinin və aviasiya məmulatının fiziki xassələrinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, habelə aviasiya personalına tətbiqini” sözləri “mülki aviasiya sahəsində” sözləri ilə əvəz edilsin; 13.1.1.3. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.5. xidmət təminatçısı – təlim təşkilatları, hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, hava gəmisinin, mühərrik və ya pərlərin növ dizaynına və istehsalına məsul olan hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı;”; 13.1.1.4. 2.1.6-cı yarımbənddə “, qəbuledilən” sözü “və məqbul” sözləri ilə əvəz edilsin; 13.1.1.5. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin: “2.1.6-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans – müəyyən edilmiş uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatorlarına və hədəflərinə uyğun olaraq dövlətin və ya xidmət təminatçısının nailiyyəti;”; 13.1.1.6. 2.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.7. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatoru (bundan sonra – performans indikatoru) – uçuşların təhlükəsizliyinin təmin edilməsinin monitorinqi və performansının qiymətləndirilməsi üçün istifadə olunan və məlumatlara əsaslanan meyarlar;”; 13.1.1.7. aşağıdakı məzmunda 2.1.7-1-ci yarımbənd əlavə edilsin: “2.1.7-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans hədəfi (bundan sonra – performans hədəfi) – uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə uyğun olan dövlətin və ya xidmət təminatçısının planlaşdırdığı və ya nəzərdə tutduğu performans indikatoru ilə bağlı müəyyən müddət üçün hədəf;”; 13.1.1.8. 2.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.8. uçuşların təhlükəsizliyi üçün risk (bundan sonra – risk) – proqnozlaşdırılmış təhlükə amilinin fəsadlarının və ya nəticələrinin başvermə ehtimalı və uçuşların təhlükəsizliyinə təsirinin ciddiliyi;”; 13.1.1.9. aşağıdakı məzmunda 2.1.8-1-ci yarımbənd əlavə edilsin: “2.1.8-1. mülki aviasiya subyektləri – xidmət təminatçıları da daxil olmaqla mülki aviasiya sahəsində fəaliyyət göstərən və təhlükəsizliyin təmin edilməsi öhdəliyini üzərinə götürmüş fiziki və ya hüquqi şəxslər;”; 13.1.1.10. 2.1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.9. risklərin azaldılması – proqnozlaşdırılmış təhlükə amilinin fəsadlarının və ya nəticələrinin başvermə ehtimalı və uçuşların təhlükəsizliyinə təsirinin ciddiliyinin azaldılmasına yönəlmiş profilaktik və bərpaedici tədbirlərin məcmusu;”; 13.1.1.11. aşağıdakı məzmunda 2.1.9-1-ci və 2.1.10-1–2.1.10-3-cü yarımbəndlər əlavə edilsin: “2.1.9-1. risklərin qiymətləndirilməsi – risklərin məqbul olub-olmadığını müəyyən etmək üçün analitik üsullara əsaslanan qiymətləndirmə;”; “2.1.10-1. təhlükə amili – aviasiya hadisəsinə və ya insidentinə səbəb ola biləcək, yaxud buna şərait yarada biləcək vəziyyət və ya obyekt; 2.1.10-2. təhlükəsizlik mədəniyyəti – uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi məsuliyyətin, öhdəliyin və hesabatlılığın yaranmasına yönəldilmiş, eləcə də insanların təhlükə amillərinə məruz qalmasının minimuma endirilməsi ilə bağlı davamlı dəyərlər, normalar, münasibətlər və təcrübələr toplusu; 2.1.10-3. uçuşların təhlükəsizliyinə dair məlumat – uçuşların təhlükəsizliyinin təkmilləşdirilməsi üçün aviasiya ilə bağlı müxtəlif mənbələrdən toplanılmış faktlar toplusu;”; 13.1.1.12. 2.1.11-ci yarımbənd ləğv edilsin; 13.1.1.13. 2.1.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.12. uçuşların təhlükəsizliyinin idarə edilməsi üzrə toplanılmış məlumat bazası – uçuşların təhlükəsizliyinin idarə edilməsi məqsədləri üçün işlənmiş, sistemləşdirilmiş və təhlil edilmiş uçuş təhlükəsizliyinə dair məlumatların toplusu;”; 13.1.1.14. 2.1.13-cü yarımbəndə “məqsədilə” sözündən sonra “Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən” sözləri əlavə edilsin, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.14-cü yarımbənd əlavə edilsin: “2.1.14. uçuşların təhlükəsizliyi üzrə müfəttiş yoxlaması (bundan sonra – müfəttiş yoxlaması) – aviasiya fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən dövlətin müəyyən etdiyi səriştə və uçuşların təhlükəsizliyinin təmin edilməsi səviyyəsinə uyğun olaraq fəaliyyət göstərdiklərini müəyyən etmək məqsədilə audit və inspeksiyalar daxil olmaqla yerinə yetirilən fəaliyyət.”; 13.1.2. 3-cü hissə üzrə: 13.1.2.1. 3.1-ci bənddə “Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik)” sözləri “Agentlik” sözü ilə əvəz edilsin; 13.1.2.2. 3.2.1-ci yarımbəndə birinci halda “dövlət” sözündən əvvəl “dövlət siyasətini,” sözləri əlavə edilsin; 13.1.2.3. 3.2.2-ci yarımbənddə “uçuşların” sözü “mülki hava gəmilərinin uçuşlarının” sözləri ilə əvəz edilsin; 13.1.2.4. 3.2.8-ci yarımbənddə “, telekommunikasiya, informasiya və metereoloji xidmətlər” sözləri “xidmətləri” sözü ilə əvəz edilsin; 13.1.2.5. 3.3.14-cü yarımbənddə “istismarçılarına” sözü “subyektlərinə” sözü ilə əvəz olunsun və həmin yarımbəndə “edilməsi,” sözündən sonra “etibarlılıq müddətinin uzadılması,” sözləri əlavə edilsin; 13.1.3. 5-ci hissə üzrə: 13.1.3.1. 5.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “5.2.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin, habelə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilməsi üçün Agentliyin hazırlıqlı müfəttişlər ilə komplektləşdirilməsi;”; 13.1.3.2. 5.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.2.9-cu yarımbənd əlavə edilsin: “5.2.9. mülki aviasiya sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərin pozulduğu aşkarlandığı təqdirdə müvafiq tədbirlərin görülməsi.”; 13.1.3.3. 5.3.1-ci yarımbənddə birinci halda “mülki” sözü “dövlətə mənsub” sözləri ilə əvəz edilsin; 13.1.3.4. 5.3.7-ci yarımbənddə “, metereoloji təminat və telekommunikasiya xidmətinin və bu xidmətin” sözləri “xidmətlərinin və bu xidmətlərin” sözləri ilə əvəz edilsin; 13.1.3.5. 5.3.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.3.12-ci yarımbənd əlavə edilsin: “5.3.12. mülki hava gəmilərinin istismarçılarının, eləcə də mülki hava gəmilərinə texniki xidmət göstərən və onların uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırma tələblərinə uyğunluğu.”; 13.1.3.6. 5.5-ci bənddən “ildə bir dəfə”, “xidmət təminatçıları ilə razılaşdırmaqla” sözləri çıxarılsın və həmin bənddə “keçiriləcəyi sahələr” sözləri “əhatə dairəsi” sözləri ilə əvəz edilsin; 13.1.3.7. 5.7-ci bənddən “pozuntular və” sözləri çıxarılsın; 13.1.3.8. 5.8-ci bənddən “pozuntuların və uçuşların təhlükəsizliyinə təsir edə biləcək” sözləri çıxarılsın; 13.1.3.9. 5.11.5-ci yarımbəndə “xarici” sözündən sonra “dövlətə mənsub” sözləri əlavə edilsin; 13.1.4. 6-cı hissə üzrə: 13.1.4.1. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “6.1.2. aşkar edilmiş təhlükə amillərinin risklərinin qiymətləndirilməsi və azaldılması.”; 13.1.4.2. 6.2.1-ci yarımbənddə “sahəsində yüksək səmərəlilik göstəricilərinə” sözləri “üzrə performansa” sözləri ilə əvəz edilsin; 13.1.4.3. 6.2.3-cü yarımbənddə “məmulatının təqdim edilməsi və xidmətlər” sözləri “fəaliyyətinin” sözü ilə əvəz edilsin; 13.1.4.4. 6.2.4-cü yarımbənddə “personalın” sözü “aviasiya personalının” sözləri ilə, “təqdim edilən aviasiya məmulatlarının və göstərilən xidmətlərin” sözləri “həyata keçirilən fəaliyyətin” sözləri ilə əvəz edilsin; 13.1.4.5. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “6.3. Bütün xidmət təminatçıları UTİS-ə malik olmalıdır, eləcə də həyata keçirdikləri fəaliyyətlə əlaqədar təhlükə amillərinin aşkar edilməsinə və risklərin idarə edilməsinə təminat verən qaydaları təsdiq və tətbiq etməlidirlər.”; 13.1.4.6. 6.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.4.4-cü yarımbənd əlavə edilsin: “6.4.4. aviasiya fəaliyyəti ilə bağlı digər aidiyyəti məlumatların toplanılması.”; 13.1.4.7. 6.5.2-ci, 6.5.5-ci (hər iki halda) və 6.5.6-cı yarımbəndlərdə “personalın” sözü “aviasiya personalının” sözləri ilə əvəz edilsin; 13.1.4.8. 6.5.7-ci yarımbənddə “personalın attestasiyası” sözləri “aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlara malik olması” sözləri ilə əvəz edilsin; 13.1.5. 7-ci hissə üzrə: 13.1.5.1. 7.1.2-ci yarımbənddə “nəzarət” sözü “monitorinq” sözü ilə əvəz edilsin; 13.1.5.2. 7.6.3-cü yarımbənddə “səmərəliliyinə” sözü “təmin edilməsi üzrə performansa” sözü ilə, “səviyyə göstəricilərinə” sözləri “indikatorlarına və hədəflərinə” sözləri ilə əvəz edilsin; 13.1.5.3. 7.7-ci bənddə “səmərəlilik göstəricilərinin” sözləri “performans indikatorunun” sözləri ilə əvəz edilsin; 13.1.5.4. 7.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “7.8. Agentlik xidmət təminatçıları, habelə digər mülki aviasiya subyektləri üçün hər təqvim ili üzrə Azərbaycan Respublikasının mülki aviasiyasında uçuşların təhlükəsizliyinin hədəflənən minimal səviyyəsini müəyyən edir.”; 13.1.6. 8-ci hissə üzrə: 13.1.6.1. 8.5-ci bənddə “9.3-cü” sözləri “9.2-ci” sözləri ilə əvəz edilsin; 13.1.6.2. 8.7-ci bənddən dördüncü halda “aviasiya” sözü çıxarılsın; 13.1.6.3. 8.8-ci bənddə “dövlətlərin” sözü “dövlətə mənsub” sözləri ilə əvəz edilsin; 13.1.7. 9-cu hissə üzrə: 13.1.7.1. 9.1-ci bənddə “dövlətin” sözü “dövlətə mənsub” sözləri ilə əvəz edilsin; 13.1.7.2. 9.2-ci və 9.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin: “9.2. Aviasiya hadisəsinin araşdırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya həyata keçirir. 9.3. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.”; 13.1.8. 10-cu hissə üzrə: 13.1.8.1. adında və 10.5-ci bənddə “personalın” sözü “müfəttiş heyətinin” sözləri ilə əvəz edilsin; 13.1.8.2. 10.2-ci bənddə “peşəkar hazırlığının təşkilini və ixtisasının artırılmasını” sözləri “uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçməsini” sözləri ilə əvəz edilsin; 13.1.8.3. 10.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “10.7. Agentlik uçuşların təhlükəsizliyinə nəzarətin həyata keçirilməsində iştirak edən müfəttiş heyətinin təlimini sertifikatlaşdırılmış təhsil müəssisəsində və ya ICAO-nun təlim mərkəzlərində, habelə Agentlik tərəfindən səlahiyyət bəyanı verilmiş müvafiq təlimçi sertifikatına malik şəxslər vasitəsilə Agentlikdə həyata keçirir.”; 13.2. həmin Fərmanla təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı” üzrə: 13.2.1. 1-ci hissə üzrə: 13.2.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: “Dövlət Proqramı “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə və mülki aviasiya sahəsində digər beynəlxalq təşkilatların standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq, habelə mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.”; 13.2.1.2. üçüncü abzasa “dedikdə” sözündən sonra “təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən” sözləri əlavə edilsin; 13.2.1.3. beşinci abzasda “təşkilatları” sözü “təşkilatlarının” sözü ilə əvəz edilsin və həmin abzasdan “Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyəti çərçivəsində” sözləri çıxarılsın; 13.2.1.4. altıncı abzasda “Sərnişin və yük daşınmasında” sözləri “Mülki aviasiya sahəsində” sözləri ilə əvəz edilsin; 13.2.2. 3-cü hissə üzrə: 13.2.2.1. 3.1.2-ci yarımbənddə “uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi ilə bağlı” sözləri “mülki aviasiya sahəsində” sözləri ilə əvəz edilsin; 13.2.2.2. 3.1.4-cü yarımbənddə “risklərə nəzarət” sözləri “risklərin idarə edilməsi” sözləri ilə əvəz edilsin; 13.2.2.3. 3.1.5-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.6-cı və 3.1.7-ci yarımbəndlər əlavə edilsin: “3.1.6. mülki aviasiya sahəsində təhlükəsizlik mədəniyyətinin təşviq edilməsi; 3.1.7. müxtəlif mənbələrdən uçuşların təhlükəsizliyinə dair məlumatların toplanılması, qorunması və təhlili, o cümlədən bu təhlilin nəticəsi olaraq mülki aviasiyanın daha təhlükəsiz və səmərəli fəaliyyət göstərməsi üçün düzgün qərarların verilməsi, habelə risklərə əsaslanan uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi.”; 13.2.2.4. 3.2.1-ci yarımbəndə “bazanın” sözündən sonra “beynəlxalq standartlar və tövsiyə edilən təcrübə nəzərə alınmaqla” sözləri əlavə edilsin; 13.2.2.5. 3.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: “3.2.3. Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatorlarının və hədəflərinin monitorinqi;”; 13.2.2.6. 3.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.5 – 3.2.7-ci yarımbəndlər əlavə edilsin: “3.2.5. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqini təşviq etmək; 3.2.6. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət, eləcə də aviasiya hadisələrinin araşdırılması funksiyalarının yüksək səviyyədə keçirilməsi üçün lazımi insan və maliyyə resurslarının cəlb edilməsi; 3.2.7. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti dövlət qurumları və mülki aviasiya sənayesi arasında fəal əməkdaşlığın qurulması və dəstəklənməsi.”; 13.2.2.7. 3.3.2-ci yarımbənddə “idarə olunması” sözləri “azaldılması” sözü ilə əvəz edilsin; 13.2.3. 5-ci hissə üzrə: 13.2.3.1. 5.1.3-cü yarımbəndə “toplanmasının” sözündən sonra “, təhlil edilməsinin” sözləri əlavə edilsin; 13.2.3.2. 5.1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “5.1.9. mülki aviasiya subyektlərinin hüquqi və fiziki şəxslərə göstərdikləri xidmətlərin milli və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi.”; 13.2.4. 6-cı hissə üzrə: 13.2.4.1. 6.1.3-cü yarımbəndə “uyğunluğuna” sözündən sonra “, aviasiya sahəsində yarana biləcək təhlükə amillərinin müəyyən edilməsinə, risklərin qiymətləndirilməsinə və xidmət təminatçılarının xidmət göstərməsi zamanı həmin amillərin təsir dərəcəsinin azaldılması üçün risklərin idarə edilməsi sisteminə” sözləri əlavə edilsin; 13.2.4.2. 6.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.1.5-ci yarımbənd əlavə edilsin: “6.1.5. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərinin görülməsi, aviasiya hadisələri və insidentlərinin məlumat bazasının formalaşdırılması.”; 13.2.5. 7.2.1-ci yarımbənddə ikinci halda “xarici” sözü “beynəlxalq” sözü ilə əvəz edilsin; 13.2.6. 9-cu hissə üzrə: 13.2.6.1. 9.1.3-cü yarımbəndə “prosedur” sözündən sonra “, təlimat” sözü əlavə edilsin;

13.2.6.2. 9.1.4-cü yarımbəndə “xarici” sözündən sonra “dövlətə mənsub” sözləri əlavə edilsin.

Seçilən
6
Ajans.az

1Mənbələr