AZ

ABŞ Yaxın Şərqə əlavə qırıcılar yerləşdirir

BAKI, TurkicWorld

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və İran arasında qarşılıqlı raket zərbələrinin davam etdiyi bir vaxtda, əlavə qırıcı təyyarələrin Yaxın Şərqə yerləşdirilməsinə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, söhbət əsasən F-16, F-22 və F-35 tipli hərbi təyyarələrdən gedir. Mənbələr qeyd edir ki, bu addım müdafiə məqsədilə atılır.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
4
turkic.world

1Mənbələr