AZ

"İnternational" ASC-nin qanuni təmsilçisinin ölkədən çıxışına "stop" qoyuldu

Bank Olmayan Kredit Təşkilatı (BOKT) "İnternational" ASC-nin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Hit.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 468692.95 AZN vergi borcu var. 

Nizamnamə kapitalı 10 milyon manat olan şirkətin qanuni təmsilçisi Nicat Həsənov Vaqif oğlunun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilir. 

Bildirək ki, "İnternational" ASC-nin İdarə Heyətinə Həsənov Nicat Vaqif oğlu sədrlik edir. 

Samir
 

Seçilən
26
23
hit.az

10Mənbələr