AZ

Nərimanov rayonunda əkilən ağaclar baxımsız vəziyyətdə qalıb Sakin ŞİKAYƏTİ

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Nərimanov rayonunda əkilən şam ağacları baxımsız vəziyyətdə qalıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Təbriz küçəsində əkilən ağaclar vaxtlı-vaxtında suvarılmır.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səsləndirilən iddialar reallığı əks etdirmir:

"Belə ki, ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir, əraziyə su xətti çəkilib və foto, videomateriallarda göründüyü kimi, ağaclarda quruma müşahidə edilmir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr