ain.az, Yeniavaz saytına istinadən bildirir.
“Biz İranın Ali Lideri adlanan şəxsin (ali dini lider Ayətullah Əli Xamenei - red.) harada gizləndiyini dəqiq bilirik”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“O, asan hədəfdir, lakin təhlükəsiz yerdədir. Bizim onu məhv etmək (öldürmək) planımız yoxdur, ən azı hələ ki”, - Amerika lideri bildirib.
“Lakin biz mülki şəxslərə və ya Amerika əsgərlərinə raketlərin atılmasını görmək istəmirik. Səbrimiz tükənir. Qeyri-şərtsiz kapitulasiya!”, - Tramp bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.