AZ

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya Rusiyanın maliyyə, hərbi və enerji sektorlarına qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

Banco.azxəbər verir ki, İngiltərə hökumətinin verdiyi açıqlamada bildirilir ki, sözügedən sanksiyalar dənizçiliklə bağlı şirkətlərin yanaşı, elektron məhsullar başda olmaqla Rusiyaya mal tədarük edən təchizatçıları da əhatə edir və ümumilikdə 4 nəfər, 6 qurum və 20 neft tankerini hədəfə alır.

Açıqlamada sanksiyaların Rusiyanın hərbi qabiliyyətlərini və sualtı kəşfiyyat əməliyyatlarının inkişafına rəhbərlik edən hərbi qurumu hədəfə aldığı vurğulanıb.

Bundan əlavə, açıqlamada qeyd olunub ki, sanksiyalar İngiltərəni sualtı infrastrukturuna edilə biləcək hücumlardan qoruyur və daxili təhlükəsizliyi artırır.

İngiltərənin Rusiyanın neft gəlirlərinə zərbə vurmaq məqsədilə neftin yuxarı qiymət həddini azaltmaq üçün tərəfdaşları ilə birgə hərəkət etməyi planlaşdırdığı bildirilən açıqlamada, “Vəhşicəsinə apardığı müharibənin əsas maliyyə mənbəyi olan neft gəlirlərinə zərbə vuraraq (Rusiya Prezidenti Vladimir) Putini ən zəif yerindən vurmaqda qərarlıyıq.” ifadəsi yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
3
banco.az

1Mənbələr