AZ

“Sabah”dan yeni baş məşqçiylə bağlı rəsmi açıqlama – son dəqiqə

Vasili Berezutski ilə yolları ayıran “Sabah” hələ yeni baş məşqçisini tapa bilməyib. Bu barədə “Football-plus.az”a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, bu yöndə çalışmalar davam edir:
“Təəssüf ki, əlavə məlumat vermək mümkün deyil. Hazırda yeni baş məşqçinin təyinatı üzrə işlər görülür. Ən qısa zamanda təyinatla bağlı ətraflı açıqlama vermək niyyətindəyik”.
Xatırladaq ki, “Sabah” premyer-liqada mövsümü 5-ci pillədə bitirsə də, ölkə kubokunun finalında “Qarabağ”ı əlavə vaxtda məğlub edərək (3:2) tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb. “Bayquşlar” ailə məsələləri üzündən baş məşqçi Vasili Berezutskiylə vidalaşıb.

KƏNAN BAHADIR
Seçilən
27
football-plus.az

1Mənbələr