AZ

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

Məsum görünən bəzi qidalar qaraciyər üçün ciddi təhlükə yarada bilər.

Bizim.Media xəbər verir ki, son araşdırmalara görə, fruktoza ilə zəngin məhsullar, rafinə edilmiş bitki yağları və meyvə şirələri qaraciyər sağlamlığını təhlükə altında qoyur.

Qaraciyər bədənin detoksifikasiyası, həzm və maddələr mübadiləsi kimi həyati funksiyalarını tənzimləyir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, qidalanma vərdişlərindəki dəyişikliklər bu orqanın zədələnmə hallarını artırıb.

1. Şəkərli qidalar

Şəkərli içkilər və səhər yeməyi üçün taxıllar kimi məhsullar fruktoza baxımından zəngindir. Yüksək fruktoza ehtiva edən qarğıdalı siropu (HFCS) qaraciyərdə yağ yığılmasına, iltihaba və alkoqolsuz yağlı qaraciyər xəstəliyinə (NAFLD) səbəb ola bilər. Bu proses illərlə heç bir simptom vermədən davam edə bilər. Mütəxəssislər bu qidaların yerinə bütöv meyvələrin və liflə zəngin təbii məhsulların seçilməsini tövsiyə edirlər.

2. Rafinə edilmiş bitki yağları

Soya, qarğıdalı, günəbaxan və zəfəran yağları tez-tez “sağlam yağ” kimi təqdim olunsa da, onların tərkibindəki omeqa-6 yağ turşularının yüksəkliyi bədəndə iltihab proseslərini gücləndirə bilər. Yüksək temperaturda istifadə zamanı bu yağlar zəhərli birləşmələr (aldehidlər) yaradır ki, bu da qaraciyər hüceyrələrinə oksidləşdirici stres verir. Mütəxəssislər soyuq sıxılmış zeytun yağı və avokado yağı kimi sağlam alternativlərə üstünlük verilməsini tövsiyə edir.

3. Meyvə şirələri

Təbii və ya 100% meyvə suyu kimi təqdim edilən içkilər də qaraciyər üçün təhlükə mənbəyi ola bilər. Onlarda lif yoxdur, amma şəkər miqdarı kolaya bərabərdir.
 

Xüsusilə şəkərli diabet xəstələri və artıq çəkili insanlar üçün bu, əlavə risk deməkdir. Meyvə şirəsi mümkün qədər az miqdarda və seyreltilmiş halda qəbul edilməlidir. Ən yaxşı seçim meyvənin özünü yeməkdir.


Qeyd edək ki, xoşbəxlikdən qaraciyər özünü bərpa etmək qabiliyyətinə malikdir. Zərərin erkən mərhələlərində düzgün qidalanma, sağlam yağlar və şəkərsiz pəhriz vərdişləri ilə qaraciyər funksiyası yenidən normallaşa bilər. (e-saglam.az)

Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr