AZ

İranın keçmiş prezidentinin öldürülməsi xəbəri təkzib olundu - YENİLƏNDİ

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər yalandır.

Teleqraf xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi Əhmədinejadın ofisinə istinadən məlumat yayıb.

"Cənab Əhmədinejadın ölümü ilə bağlı internetdə yayılan xəbərlər həqiqətə uyğun deyil", - Əhmədinejadın ofisindən bildirilib.

***

20:49

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Vista.ir məlumat yayıb.

İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib. Sayt hadisə ilə bağlı məlumatın rəsmi qurumlar tərəfindən hələlik təsdiq və ya təkzib olunmadığını bildirir.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran İslam Respublikasının Prezidenti olub. Növbəti seçkilərdə prezident seçkilərində iştrak üçün müraciət etsə də Konstitusiya Keşikçiləri Şurası tərəfindən qadağa ilə üzləşib.
Seçilən
4
2
sherg.az

3Mənbələr