AZ

"Qarabağ" braziliyalı futbolçunu transfer etdi

"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Axar.az xəbər verir ki, Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib. 25 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
Seçilən
25
24
sherg.az

10Mənbələr