AZ

"Liverpul" Osimhen üçün "Napoli"yə iki futbolçusunu təklif etdi - ADLAR

"Liverpul" müqavilə ilə "Napoli"yə məxsus olan hücumçu Viktor Osimhenin mümkün transferi üzərində fəal işləyir.

Fanat.Az xəbər verir ki, İngiltərə klubu müqaviləyə iki futbolçusunu - Darvin Nunyes və Federiko Kyezanı daxil edib. 

İnformasiyanı "TEAMtalk" yayıb. Mənbənin məlumatına görə, mersisaydlılar artıq neapolluların nümayəndələri ilə ilkin danışıqlar aparıblar. Həmçinin nigeriyalının yaxınları ilə də potensial transferi müzakirə ediblər. 

Bildirilir ki, Osimhen karyerasını İngiltərə Premyer Liqasında, xüsusilə Çempionlar Liqasında çıxış edən və bu yaxınlarda ölkə çempionu olmuş klubda davam etdirməyə isti yanaşır. Sövdələşməyə əsas maneə futbolçunun maaşla bağlı tələbləri ola bilər. "Liverpul" Osimhenə ildə təxminən 15 milyon funt-sterlinq ödəmək niyyətindədir. Ancaq nigeriyalının daha yüksək məbləğ istədiyi bildirilir. Bununla belə, “Liverpul” Nunyes və Kyezanın satışı və ya qarşı tərəfə barter təklifi ilə keçidi yoluna qoya biləcəyinə inanır.

26 yaşlı Osimhen ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib və 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun "Napoli" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr