AZ

Paulo Dibala mundialda 10 milyona oynamaqdan imtina edib

Argentina yığmasının yarımmüdafiəçisi Paulo Dibala Səudiyyə Ərəbistanından təklif alıb.

İdman.biz xəbər verir ki, "Əl-Hilal" klublararası dünya çempionatında "Roma"nın futbolçusunun xidmətindən istifadə etmək istəyib.

Ərəblər qısa müddət üçün Dibalaya 10 milyon avro təklif ediblər. Amma Paulonun bundan imtina etdiyi xəbələri yayılıb. Turnirdə "Əl-Hilal" H qrupunda "Real" (İspaniya), "Zalsburq" (Avstriya) və "Paçuka" (Meksika) ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2022-ci ildən "Roma"da oynayan Dibala son mövsümdə A Seriyasında 24 oyunda 6 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr