İrandan İsrailə yeni ballistik raket dalğası qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.
İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır.
Artıq ölkənin şimalında, o cümlədən Hayfa və Qalileya şəhərlərində həyəcan siqnalları işə düşüb.
Bu ərazilərdə olan mülki şəxslərə növbəti bildirişə qədər bomba sığınacaqlarını tərk etməmək barədə xəbərdarlıq edilib.