AZ

ABŞ hərbçiləri Suriyada yerləşən daha iki hərbi bazanı tərk ediblər

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Silahlı Qüvvələrinin hərbçiləri Suriyanın şimal-şərqində yerləşən daha iki hərbi bazanı tərk ediblər.APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.Məlumata görə, bu addım bölgədə İŞİD terror qruplaşmasının fəallaşması fonunda kürd qüvvələri arasında narahatlıq yaradıb.

Söhbət Həsəkə vilayətində yerləşən Əl-Vazir və Tell Beydar bazalarından gedir.Hazırda bu obyektlərin təhlükəsizliyini "Suriya Demokratik Qüvvələrinin" kiçik bölmələri təmin edir.

Reuters-in mənbələrinin bildirdiyinə görə, amerikalı hərbçilər bu obyektləri qısa müddət öncə tərk ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
apa.az

10Mənbələr