"Fənərbağça" transfer siyahısına Lukas Vaskesi də daxil edib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" ispaniyalı futbolçunun şərtlərini soruşub.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Lukas Vaskesin "kral klubu" ilə müqaviləsi bu yay başa çatır. O, Klublararası dünya çempionatından sonra Madrid klubunu tərk edəcək.
Vaskes 2015-ci ildən burada çıxış edirdi. O, "Real Madrid"in heyətində ümumilikdə 400 oyuna çıxıb və 5 dəfə Çempionlar Liqasının qalibi olub.