Məzunların məktəbin başa çatması ilə bağlı təntənəli tədbirdə ifa etdikləri ənənəvi rəqs Kristinanın atası ilə bölüşə bilmədiyi bir şey idi, çünki o, Ukraynanı müdafiə edərkən həlak olub. Belə ki, qız pencəyi əlinə alıb, göz yaşları içində rəqs edib. Rəqsin sonunda sinif yoldaşları məzuna dəstək olublar.
...Kristina İvano-Frankivsk vilayətinin Delyatın şəhərindəki 3 saylı liseyi bitirib. Qızın atası Andrey Nikolayeviç Marçuk 2022-ci il martın 13-də vəfat edib.
Həmin ərəfədə döyüşçünün 48 yaşı var imiş.
Nazlı Almuradova