AZ

ABŞ bu gecə İrana qarşı müharibəyə başlaya bilər – Tramp dünya ictimaiyyətinə müraciət etməyə hazırlaşır

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəqiqə ərzində dünya ictimaiyyətinə və Amerika xalqına müraciət edəcək. Bu barədə məlumatı “CNN” yayıb.

Bildirilir ki, Trampın çıxışı dünya siyasətində mühüm dönüş nöqtəsi ola bilər.

Paralel olaraq, İsrail mediası (Kanal 12) təcili xəbər yayaraq qeyd edir ki, ABŞ bu gecə İrana qarşı hərbi əməliyyatlara qatıla bilər. Bu, İsrailin son günlər İrana qarşı həyata keçirdiyi hava zərbələrinə Amerikanın birbaşa dəstək verməsi anlamına gəlir.

Müşahidəçilər qeyd edirlər ki, Trampın bu müraciəti İranla bağlı mümkün müharibə qərarının ictimai əsaslandırılması ola bilər. Hazırkı gərgin geosiyasi şəraitdə, Tramp administrasiyasının regiona yönəlik kəskin siyasəti və İranın nüvə obyektlərinə qarşı son hücumlar vəziyyəti daha da alovlandırıb.

Məlumata görə, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, bir sıra hərbi gəmilər isə artıq Bəhreyn bazasını tərk edərək açıq sularda mövqe tutur.

Hazırda bütün diqqətlər Trampın nitqinə yönəlib – bu çıxış Yaxın Şərqin taleyini dəyişə biləcək kritik anlardan biri kimi tarixə düşə bilər.

 

Musavat.com

Seçilən
27
50
musavat.com

10Mənbələr