AZ

İsrail əcnəbilərin vizalarının müddətini uzadıb

Bakı. Trend:

İsrail İrana qarşı hərbi əməliyyatın başlanması zamanı ölkədəqanuni şəkildə olan əcnəbilərin əksəriyyətinə verilmiş vizalarınmüddətinin uzadıldığını elan edib.

Trend xəbər verir ki, bubarədə İsrailin Əhali və Miqrasiya İdarəsi bildirib.

"Son hadisələrlə əlaqədar Əhali və Miqrasiya İdarəsi bildirirki, 12 iyun 2025-ci il tarixində İsraildə qanuni şəkildə olanəcnəbilər üçün qüvvədə olan vizaların müddəti avtomatik olaraq 30sentyabr 2025-ci il tarixinədək uzadılıb", – deyə idarəninbəyanatında qeyd olunub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Seçilən
14
az.trend.az

1Mənbələr