AZ

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun girovu ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını başa düşüblər.

 

Sfera.az bildirir ki, 26 yaşlı bloqqer cümə günü axşam Fransanın şimalındakı evinə qayıdarkən qaçırılıb. Qaçıranlar ondan 50 min avro kriptovalyuta verməsini tələb ediblər.

 

Dörd təcavüzkar onu oğurlanmış avtomobilə mindirərək döyüblər. Lakin həmin şəxs şənbə günü sərbəst buraxılıb. Bloqqer onlara hesabında tələb olunan məbləğin olmadığını və tələblərini yerinə yetirə bilməyəcəyini göstərib. Qeyd edək ki, bloqqerin “TikTok”da 40 000 izləyicisi var.

 

Hazırda polisin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi hadisə ilə bağlı araşdırma aparır. Zərərçəkmiş altı günlük ödənişli xəstəlik məzuniyyəti alıb.

 

Yeri gəlmişkən, bu il Fransada kriptovalyutalarla bağlı adam oğurluğu halları daha tez-tez baş verib. Buna görə hətta ölkənin daxili işlər naziri kripto icmasının nümayəndələri ilə görüşüb təhlükəsizliyin gücləndirilməsini müzakirə edib.

 

Aynil

Seçilən
16
1
sfera.az

2Mənbələr