AZ

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

İyun ayının 17-də Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən iki qadını vurub.

Nəticədə piyadalardan biri Cabbarova Xalidə hadisə yerində həyatını itirib, digəri isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
2
apa.az

7Mənbələr