AZ

İran siyasi dağılma astanasında ...

İran İslam Respublikası son günlərdə daxili böhranların, iqtisadi çöküşün, etnik narazılıqların və beynəlxalq təzyiqlərin fonunda ciddi sarsıntılarla üz-üzədir. Teokratik rejimin idarəçilik forması, xalqın azadlıq və sosial ədalət tələblərini boğması, etnik azlıqların hüquqlarının sistemli şəkildə pozulması nəticəsində ölkə daxildən parçalanma astanasındadır.

Hazırkı proseslər göstərir ki, rejimin dağılması artıq uzaq ehtimal deyil. Etirazların başlayıb və coğrafiyası təkcə Tehran və böyük şəhərlərlə məhdudlaşmır; ölkənin hər tərəfində narazılıq, mərkəzdən ayrılma istəyinin artdığı müşahidə olunur. Xüsusilə Güney Azərbaycan, Əhvaz, Bəlucistan və Kürdüstan bölgələrində milli azadlıq hərəkatları gözləniləndir.

Əgər rejim süqut edərsə, İran adlı vahid dövlətin mövcudluğunun davam etməsi çətin olacaq. Yuqoslaviya modelinə bənzər bir ssenari İran üçün real görünür – etnik və milli bölgələr öz müstəqilliklərini elan etməyə hazır görünürlər.

İranın ən böyük etnik azlıqlarından biri olan azərbaycanlılar, Güney Azərbaycanda mədəni, iqtisadi və siyasi haqlar uğrunda uzun illər mübarizə aparıblar. Tehran rejimi bu haqları tanımaqdan imtina etdikcə, bölgədə müstəqillik tələbləri güclənib. Rejim dağılacağı təqdirdə Güney Azərbaycanın öz müstəqilliyini elan etməsi ehtimalı ciddi şəkildə gündəmə gələcək.

Lakin bu ssenaridə bir sıra mürəkkəb məsələlər də mövcuddur. Onlardan biri də kürd məsələsidir. Xüsusilə Urmu bölgəsində həm azərbaycanlıların, həm də kürdlərin yaşaması gələcəkdə etnik toqquşmalar və ərazi mübahisələri riski yarada bilər. Bu baxımdan bölgədə siyasi, mədəni və coğrafi tarazlığın qorunması üçün öncədən regional və beynəlxalq vasitəçilik mexanizmlərinin hazırlanması vacibdir.

Əhvaz bölgəsində yaşayan ərəblər və Bəlucistan bölgəsindəki bəluclar da Tehran rejimindən narazı olan əsas etnik qruplardır. Onlar da öz müstəqilliklərini elan etməyə hazır görünürlər. Bu ssenari reallaşarsa, İran 4-5 hissəyə bölünə bilər ki, bu da regionun geosiyasi xəritəsini tamamilə dəyişə bilər.

Parçalanma halında fars bölgələri – Şiraz, Rey, İsfahan kimi şəhərlərlə məhdudlaşacaq və bu yeni siyasi vahidin – keçmişdə Persiya adlandırılan ərazinin – dəniz çıxışı ciddi şəkildə məhdudlaşdırıla bilər. Bu isə Serbiya modeli ilə müqayisə oluna bilər: dənizə çıxışı olmayan bir dövlət. Belə bir məhdudiyyətin əsas səbəbi isə Qərbin, xüsusilə Böyük Britaniyanın İranın Hörmüz boğazı kimi strateji nöqtələrə nəzarət imkanlarının qarşısını almaq istəməsidir.

İranın şimal-şərqində yerləşən Türkmənsəhra bölgəsi də azadlıq üçün ciddi potensiala malikdir. Bu ərazi Türküstanla mədəni və etnik bağlara malik olmaqla yanaşı, potensial olaraq Orta Asiya ilə Güney Azərbaycan arasında bir körpü rolunu oynaya bilər.

Nəticə aşağıdakı kimi olacaq:

Molla rejiminin dağılması artıq sadəcə ehtimal deyil, realdır, zaman məsələsidir. Bu zamansa saatlarla ölçülür, hətta günlərlə belə deyil. Bu baş verərsə, İranın indiki ərazi bütövlüyünü saxlaya bilməyəcəyi ehtimalı yüksəkdir. Regionun gələcəyi isə bu proseslərin hansı şəkildə idarə olunacağından asılıdır. Etnik toqquşmalardan uzaq, siyasi dialoq və beynəlxalq vasitəçilik yolu ilə yeni sərhədlərin müəyyən edilməsi Yaxın Şərqdə yeni bir sabitliyin əsasını qoya bilər.

Seçilən
32
vaxt.az

1Mənbələr