AZ

Ərdoğan, Qətər Əmiri ilə danışdı: "Netanyahu ən böyük təhlükədir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.
Sherg.az xəbər verir ki, Türkiyə Prezident Aparatının məlumatına görə, danışıq zamanı İsrail–İran qarşıdurması, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan İsrailin İrana hücumundan sonra yaranan gərginliklə bağlı diplomatik səylərini davam etdirdiyini, bölgədə zorakılığın sona çatması üçün çalışdığını bildirib. O, İsrail Baş naziri Benyamin Netanyahunun bölgə üçün ən böyük təhlükə olduğunu vurğulayıb.

Ərdoğan həmçinin qeyd edib ki, İsrailin hücumları Qəzzadakı humanitar fəlakəti və soyqırımı gündəmdən çıxarmamalı, hadisələrin Suriyanı da əhatə etməsinə imkan verilməməlidir.


Seçilən
16
sherg.az

1Mənbələr