"Sabah" klubu Azərbaycan basketbolu tarixində ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın rəqibləri püşkatma mərasimində bəlli olacaq. Qrup mərhələsinin püşkü iyulun 2-də İsveçrənin Lozanna şəhərində atılacaq.
Müntəzəm mövsümə gəlincə, sezona oktyabrın 7-də start veriləcək.
Qeyd edək ki, "Sabah" ötən mövsüm FIBA Çempionlar Liqasının təsnifat mərhələlərində iştirak etmişdi.