"Sabah"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sele" yeni transfer edib.
QOL.az xəbər verir ki, bu barədə Sloveniya klubunun mətbuat xidməti məlumat yayıb.
Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi İvitsa Vidoviç heyətə cəlb edilib. Xorvatiyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.