AZ

AzTV üzr istədi

Azərbaycan dövlət televiziyası (AzTV) İranın keçmiş prezidenti Mahmud Əhmədinejada sui-qəsd cəhdi ilə bağlı yayılan xəbərə görə tamaşaçılardan üzr istəyib.Bu barədə telekanal açıqlama yayıb.

"20:00-da yayımlanan ‘AzTV Xəbər’ buraxılışında İranın sabiq prezidenti Mahmud Əhmədinejata sui-qəsd olunması ilə bağlı məlumat səsləndirilib.Xəbər İran KİV-lərinə istinadla efirdə səsləndirilib.İnformasiya rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi üçün tamaşaçılardan üzr istəyirik”, - açıqlamada bildirilib.

Sabiq prezidentin ofisi də yayılan xəbərləri təkzib edib.

Seçilən
35
anews.az

1Mənbələr