"Sabah" klubu Azərbaycan basketbolu tarixində ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq. 

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın rəqibləri püşkatma mərasimində bəlli olacaq. Qrup mərhələsinin püşkü iyulun 2-də İsveçrənin Lozanna şəhərində atılacaq.

Müntəzəm mövsümə gəlincə, sezona oktyabrın 7-də start veriləcək.

Qeyd edək ki, "Sabah" ötən mövsüm FIBA Çempionlar Liqasının təsnifat mərhələlərində iştirak etmişdi.