Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrail ölkədəki əksər əcnəbilərin viza müddətini uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Miqrasiya İdarəsi bəyanat yayıb.
Miqrasiya İdarəsinin bəyanatında deyilir ki, İrana qarşı hərbi əməliyyatların başlandığı vaxtda qanuni olaraq İsraildə olan əcnəbi vətəndaşlar üçün viza avtomatik olaraq cari ilin 30 sentyabrına qədər uzadılıb.
Bu uzadılma turist, iş, könüllü, tələbə və bir sıra digər vizalara təsir edəcək.
Qeyd olunur ki, bütün sənədlər avtomatik olaraq uzadılır, ona görə də Daxili İşlər Nazirliyinin idarələrinə getməyə ehtiyac yoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.