AZ

Qalatasaray ın üzvü İstanbulun digər klubuna keçməyə yaxındı

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

''Qalatasaray''ın təcrübəli yarımmüdafiəçisi Kərəm Dəmirbay bu yay başqa kluba yollana bilər. Ancaq o, İstanbulu tərk etməyəcək. Çünki bu futbolçuya İstanbulun digər təmsilçisi ''Eyüpspor'' ciddi maraq göstərir. Ötən mövsüm tarixində ilk dəfə elitada çıxış edən ''Eyüpspor'' artıq Arda Turanla vidalaşıb. Yeni baş məşqçi Səlcuk Şahin rəhbərlikdən ilk növbədə Dəmirbayın transferini tələb edib. Danışıqlar davam edir. Türkiyə mətbuatının iddiasına görə 32 yaşlı futbolçu özü də ''Eyüpspor''a yollanmağın əleyhinə deyil. Çünki Kərəm ''Qalatasaray''da əsas heyət üzvü sayılmır. Uzun illər Almaniyada top qovan və İstanbul nəhənginə 2023-cü ildə ''Bayer-04''dən gələn qürbətçi futbolçu ilk mövsümdə yaxşı təsir bağışlayaraq komandasının çempionluğunda heç də az rol oynamamışdı. Amma ötən yay Qabriel Saranın gəlişindən sonra Dəmirbay əsas heyətdəki yerini itirdi. Qış transfer dönəmində ona ''Verder'' ciddi maraq göstərsə də, Kərəm Türkiyəni tərk etmək istəməyərək mövsümü ''Qalatasaray''da tamamladı. Dəmirbay 2024/25-də 34 rəsmi oyuna çıxaraq aktivinə 3 məhsuldar ötürmə yaza bildi. Onun klubla hələ birillik müqaviləsi var. Kərəmin transferi baş tutsa, o, bu yay Fernando Muslera və Dris Mertensin ardından ''Cim-Bom''u tərk edən 3-cü futbolçu olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
icma.az

2Mənbələr