AZ

Çində şirkət işçilərinə qəribə cərimələr: Güzgüyə baxmaq və iş masasında yemək olmaz

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Çində "Man Wah Holdings Ltd" mebel şirkətinin rəhbərlərindən biri əməkdaşlar üçün çox qəribə davranış qaydaları elan edib. Bu qərarlar sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, şirkət iş yerində qəlyanaltı etməyi qadağan edib və buna görə vəzifəsindən asılı olaraq 500-dən 2 000 yuana qədər (təxminən 119 manatdan 477 manata qədər) cərimələr tətbiq olunub. Əməkdaşlara iş vaxtı güzgüyə baxmaq da qadağan edilib və onları iş saatından artıq işləməyə məcbur ediblər.

Bundan əlavə, əgər əməkdaş üç dəfədən artıq iş masasında olmazsa, onun aylıq maaşından 2 000 yuan kəsilir. Daxili sənədlərdə o da qeyd olunub ki, əməkdaş iş masasını 10 dəqiqədən artıq müddətə tərk edərsə, kompüteri söndürülmüş və stulu yerinə itələnmiş olmalıdır. Əks halda, əməkdaşa cərimə tətbiq ediləcək. Şirkət həmçinin iş növbəsindən sonra kompüterlərin söndürülməməsinə görə də cərimələr nəzərdə tutub.

Şirkət rəhbərlərindən biri bu qərarlarla bağlı açıqlama verib:

"İşinə səhlənkar yanaşanlar cərimə ödəyəcəklər. Mən isə bu pulları həqiqətən işləyən əməkdaşlara qırmızı zərflərdə mükafat kimi təqdim edəcəyəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr