AZ

Çin yoxa çıxan təyyarələrini İRANA GÖNDƏRDİ

Çinin İrana göndərdiyi nəqliyyat təyyarələri radarlardan itib.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.

"Məlumatlar göstərib ki, hər uçuş zamanı təyyarə Şimali Çin boyunca qərbə doğru uçur, sonra Qazaxıstanı keçərək cənuba – əvvəlcə Özbəkistana, sonra Türkmənistana yönəlir və İrana yaxınlaşdıqca radar ekranlarından yox olur", - bu, nəşrdə qeyd olunub.

Nəşrin məlumatına görə, hər bir təyyarə üçün marşrutun son nöqtəsi Lüksemburq kimi göstərilsə də, məqalənin müəllifi bu təyyarələrin əslində Avropaya qədər uçmadığını ehtimal edir.

Seçilən
19
publika.az

1Mənbələr