AZ

Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çin Elmlər Akademiyasının alimləri tarixdə ilk dəfə donuz embrionlarında funksional, insan hüceyrələrindən ibarət miniatür ürəklər yetişdiriblər.

Oxu.Az "Naked Science" nəşrinə istinadla xəbər verir ki, bu barədə Honkonqda keçirilən Beynəlxalq Kök Hüceyrə Araşdırmaları Cəmiyyətinin (ISSCR) konfransında təqdim olunub.

Tədqiqatda donuz embrionlarından ürək formalaşmasına cavabdeh iki gen çıxarılıb və erkən mərhələdə onlara genetik baxımdan gücləndirilmiş insan kök hüceyrələri yeridilib.

Embrionlar 21 günə qədər yaşayıb, bu müddətdə içərisində insan hüceyrələrindən ibarət, barmaq ucu böyüklüyündə ürəklər inkişaf edib. Ürəyin insan hüceyrələrindən formalaşdığı isə flüoresan markerlərlə təsdiqlənib.

Bu, gələcəkdə donuzlarda tam insan orqanları yetişdirib, onları transplantasiya üçün istifadə etməyə bir addım da yaxınlaşmaq deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
oxu.az

2Mənbələr