AZ

Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva, 18 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-də aparıcı beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə ənənəvi görüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, görüş axşam saatlarında “sual-cavab” formatında keçiriləcək və Rusiya Federasiyasının daxili və xarici siyasətinə, həmçinin beynəlxalq arenadakı əsas hadisələrə həsr olunacaq.

Uşakov qeyd edib ki, bu cür görüşlər adətən beynəlxalq mediada böyük maraq və geniş rezonans doğurur. Tədbir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçiriləcək və onun təşkilatçısı yenidən TASS informasiya agentliyi olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
6
azertag.az

8Mənbələr