BAKI,18 iyun. TELEQRAF
Amerikalıların təxminən 60 faizi ABŞ ordusunun İsrail-İran müharibəsində iştirak etməməli olduğunu düşünür.
Teleqraf xəbər verir ki, “YouGov” qlobal bazar araşdırmaları və analitika şirkətinin apardığı sorğunun nəticələri bunu göstərir.
Sorğuda iştirak edənlərin yalnız 16 faizi ABŞ-nin bu münaqişədə iştirakının lehinə olub, 24 faiz isə əmin olmadığını bildirib.
Demokratlar arasında ABŞ-nin müdaxiləsinə qarşı çıxanların sayı 65 faiz, respublikaçılar arasında isə 53 faiz təşkil edib. Müstəqil respondentlərin 61 faizi bu addıma qarşı çıxıb.
Sorğu həmçinin göstərib ki, amerikalıların yarısı İranı ABŞ-ın düşməni hesab edir, 25 faizi isə onu qeyri-dost ölkə sayır.