ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Ağ Evdə keçirilən qapalı iclas İrana zərbə ilə bağlı qərar qəbul edilmədən başa çatıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrə məlumat verən mənbələr bildiriblər ki, Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı görüşdə “müzakirə olunan bir neçə variantdan biri” olub, lakin ABŞ rəhbərliyi bundan sonrakı addımlar barədə qərar verə bilməyib.
Vurğulanır ki, belə bir müzakirə faktının özü də gərginliyin dərəcəsini artırıb, çünki məlum olub ki, ABŞ İran probleminin güc yolu ilə həlli imkanlarını nəzərdən keçirir.
Bundan əvvəl "ABC News" xəbər vermişdi ki, Vaşinqtonun İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması ilə bağlı qərar yaxın 24-48 saat ərzində verilə bilər. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, İsrail rəsmiləri də ABŞ-ın İsrail əməliyyatında iştirak etməyə yaxın olduğuna inanırlar.
"Axios" internet portalı daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, prezident Donald Tramp ABŞ-ın İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və İslam Respublikasının nüvə obyektlərinə Amerika qüvvələri ilə zərbə endirməsi imkanlarını nəzərdən keçirir. Ağ Ev rəhbərinin özü bildirib ki, hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyini məhv etmək planları yoxdur, lakin o, ondan “şərtsiz təslim olmaq” tələb edib.
İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirdi. Sonrakı günlərdə də İsrail və İran arasında zərbələr mübadiləsi davam etdib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.