AZ

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə “Gazeta.ru”ya tibb elmləri doktoru Elvira Xaçirova məlumat verib. Onun sözlərinə görə, söhbət aşağı kalorili içkidə istifadə edilən şəkər əvəzedicisi eritritoldan gedir: “Eritritolun məkrliliyi onun qan dövranında trombositlərin fəaliyyətini artırmaq qabiliyyətindədir ki, bu da öz növbəsində trombun əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan şəxsi riskləri nəzərə almaq və tərkibində şəkər az olsa belə, “Coca-Cola”dan sui-istifadə etməmək tövsiyə olunur”. Həkim bildirib ki, bir sıra içkilərdən ürək-damar sisteminə mənfi təsirləri səbəbindən istehlakını məhdudlaşdırmaq və ya hətta imtina etmək lazımdır: “Spirtli içkilər bu siyahının başında durur. Xüsusilə böyük miqdarda spirt içmək yüksək qan təzyiqinə, ürək əzələsinə toksik təsirlərə və ürək-damar xəstəliklərinin inkişaf riskinin artmasına səbəb ola bilər. Enerji içkiləri də təhlükəlidir. Bu içkilərdəki kofein və digər stimullaşdırıcıların yüksək tərkibi ürək döyüntüsünün, qan təzyiqinin artmasına səbəb ola bilər. Nəticədə ürək-damar sistemi ilə bağlı xoşagəlməz hadisələr yaranacaq. Qəhvənin həddindən artıq istifadəsi qan damarlarına və ürəyə də zərərlidir, xüsusən də kofeinə qarşı həssaslığı olan insanlarda. Ona görə də daha tez-tez su, qazsız içkilər, məsələn, şəkərsiz çaylar, şəkər əlavə edilməmiş meyvə və tərəvəz şirələri içmək məsləhət görülür”. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
azvision.az

3Mənbələr