Ağdam rayonu Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsinə sərf ediləcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, bu məbləğ 8 905 808 AZN-dir.
“Azərişıq” ASC “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə müqavilə bağlayıb.
Cabir
Tarix: 18 İyun 2025, 08:10