Kuba prezidenti Migel Diaz-Kanel nüvə silahına malik olan bütün ölkələri, o cümlədən İsraili tam sülhün təmin edilməsi üçün onları məhv etməyə çağırıb.
Operativ Media xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkə hesabında yazıb.
“Tam sülh yalnız o zaman təmin olunacaq ki, nüvə silahına malik bütün ölkələr, o cümlədən İsrail onları məhv etsin və bəşəriyyəti məhv etmək təhlükəsi yaradan çılğın silahlanma yarışı dayandırılsın”, - deyə o qeyd edib.