AZ

İranın raket zərbələrindən müdafiə İsrailə 287 milyon dollara başa gəldi

13 iyun tarixində İsrailin başladığı genişmiqyaslı hücumların ardınca İranın ballistik raketlərlə gecə saatlarında həyata keçirdiyi cavab zərbələrinin İsrailə təqribən 287 milyon ABŞ dollarına başa gəldiyi bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri Qəzza zolağına hücumların başlanmasından sonra ciddi çətinliklərlə üzləşməyə başlayıb. İran tərəfindən atılan ballistik raketlər isə bu çətinlikləri daha da artırıb.

Məqalədə İran tərəfindən atılan raketlərin əksəriyyətinin zərərsizləşdirildiyi, lakin bir hissəsinin İsrailin hava müdafiə sistemini yararaq insan tələfatına və genişmiqyaslı əmlak dağıntılarına səbəb olduğu vurğulanır.

Həmçinin qeyd edilir ki, ötən gecə İrandan buraxılan 10-12 ballistik raketə qarşı həyata keçirilən müdaxilənin ümumi dəyəri 287 milyon dollar təşkil edib.

Seçilən
31
34
operativmedia.az

10Mənbələr