AZ

Serxio Ramos qol vurdu, komandası "İnter"ə uduzmadı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, gecə yarısı daha iki oyun keçirilib.

F qrupunun növbəti oyununda Cənubi Afrika Respublikasının "Mamelodi Sandauns" və Cənubi Koreyanın "Ulsan Hyundai" komandaları üz-üzə gəlib.

Qarşılaşma afrikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 36-cı dəqiqədə İqraam Raynders vurub.

Dördüncü oyun gününün sonuncu görüşü Meksikanın "Monterrey" və İtaliyanın "İnter" komandaları arasında keçirilib. E qrupunda yer alan komandaların görüşü 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunda hesabı 25-ci dəqiqə Meksika klubunun ispaniyalı ulduz müdafiəçisi Serxio Ramos açıb. “İnter” buna Lautaru Martinesin 42-ci dəqiqədə vurduğu qolla cavab verib.

Qeyd edək ki, E qrupunun digər oyununda "River Pleyt" (Argentina) "Urava Reds"i (Yaponiya) 3:1 hesabı ilə məğlub edib.

Seçilən
12
1
fanat.az

2Mənbələr